İspaniya hökuməti aerokosmik sektora 4,5 milyard dollar sərmayə qoyacaq

İspaniya hökuməti aerokosmik sektora 4,5 milyard dollar sərmayə qoyacaq İspaniya Nazirlər Şurası iqlim dəyişikliyi, qlobal təhlükəsizlik və rəqəmsal keçid kimi aerokosmik sektorda yeni çağırışlara cavab vermək üçün bu sahədə elm və innovasiyaların təşviqi məqsədilə Aerokosmik sənaye iqtisadiyyatının bərpası və transformasiyası üzrə strateji layihəni təsdiqləyib.
Avropa İttifaqı ölkələrinin COVID-19 böhranından bərabər şəkildə çıxması üçün “NextGenerationEU” Bərpa Planı (Aİ Gələcək nəsil) çərçivəsində yaradılan layihə 2021-2025-ci illər arasında təqribən 4,533 milyard avronun səfərbər edilməsini planlaşdırır.
İspaniyanın elm və innovasiyalar naziri Diana Morantın sözlərinə görə, strateji layihə mobil telefoniya, GPS, hava haqqında məlumat və ya qida təchizatı kimi gündəlik xidmətlər üçün mühüm vasitədir.
Layihə çərçivəsində dövlət qurumları, şirkətlər və tədqiqat mərkəzləri innovativ texnologiyaların, o cümlədən sıfır emissiyalı avialaynerin yaradılması və tətbiqini təşviq etməklə aerokosmik sənayenin imkanlarını gücləndirmək üçün əlaqələndiriləcək.
O, həmçinin milli səviyyədə kosmik fəaliyyətlərin əlaqələndirilməsi üçün yeni mexanizmlər yaradacaq İspaniya Kosmik Agentliyinin yaradılması və İspaniyanın beynəlxalq proqramlarda iştirakı kimi təşəbbüslər vasitəsilə İspaniyanın kosmik sektorda mövqeyini gücləndirməyi hədəfləyir.

Tehsil-press.az

Oxşar xəbərlər