Navarra Universiteti yalnız Oksford və Kembric universitetlərindən geri qalaraq, Avropa İttifaqının üç ən populyar universitetindən biri sayılıb.
Britaniyanın “Times Higher Education” jurnalı tələbə rəyləri əsasında 2019-cu ildə Avropa universitetlərinin reytinqini açıqlayıb.
İspaniya 200 ali məktəbin reytinqində bu təhsil ocaqlarının sayına görə Böyük Britaniyadan sonra ikinci ölkə (38) olub. İspaniya universitetlərinin üçü - Navarra Universiteti, Barselona Avtonom Universiteti və Madrid Avtonom Universiteti Aİ-nin 20 ən yaxşı ali məktəbi arasına daxil olub.
Avropanın 18 ölkəsindən 125 min tələbə arasında sorğu əsasında tərtib edilmiş reytinqdə təhsilin keyfiyyəti, tələbələrin məmnunluq səviyyəsi, gənclərlə müəllimlər arasında qarşılıqlı münasibətlər qiymətləndirilib. Tələbə-müəllim münasibətləri və bu münasibətlərin nəticəsi kimi, tədris mühitinin təhsilin keyfiyyətinə təsiri tədqiq edilib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), UNESKO və Avropa Şurasında İspaniyanın təhsil üzrə müşaviri Fransisko Miçavila deyib ki, bu ölkənin universitetlərində bir müəllimin payına orta hesabla 14 tələbə düşür. Bu, İƏİT-də ən yaxşı göstəricidir. Müşavir bildirib ki, İspaniyada təhsil prosesinə əsaslı dəyişikliklər edilib və universitetlər həqiqətən tələbələrin qayğısına qalır. Son illər İspaniya universitetlərində innovativ layihələr əsasında islahatlar aparılıb, ünsiyyətin və tədrisin yeni üsulları tətbiq edilib.

Nigar Cəfərli