Paleontoloqlar spinozavrların – Yer üzündə ən nəhəng yırtıcıların sümük sıxlığını ilk dəfə ölçüblər və bu qənaətə gəliblər ki, qədim kələzlər suya baş vurmağı bacarmış və yaxşı üzmüşlər. Bu barədə Fild Muzeyinin (Çikaqo, ABŞ) mətbuat xidməti məlumat yayıb.
Muzeyin əməkdaşı Matteo Fabbrinin sözlərinə görə, bir çox fiziki qanunlar mövcud olan və məhv olmuş orqanizmlərə eyni dərəcədə tətbiq edilə bilər. Məsələn, suda yaşayan bütün məməlilərin sümükləri sıx quruluşa malikdir ki, bu da onların suya yaxşı baş vurmasına imkan yaradır. Yeni tədqiqat zamanı bu qanunun nəsli kəsilmiş spinozavrlar və onların yaxın qohumları üçün səciyyəvi olub-olmaması araşdırılıb.
Spinozavrlar müasir Afrika və Avropa ərazisində 112-93 milyon il əvvəl, Təbaşir dövrünün ortalarında yayılmış ən nəhəng yırtıcı dinozavrlardan olub. Onların qeyri-adi dərəcədə uzun ayaqları, kəlləsi və quyruğu, habelə kürəyində çox nəhəng “yelkəni” olub. Bu, spinozavrların qidanı göl və çaylardan əldə etməsindən, qurudakı dinozavrların əti ilə qidalanmadığından xəbər verir. Belə fikirlər paleontoloqlar arasında spinozavrların necə ov etməsi, üzməsi barədə çoxsaylı mübahisələr doğurub.
Matteo Fabbri və onun həmkarları spinozavrların və “Spinosauridae” fəsiləsindən olanların kəllə və digər bədən sümüklərinin sıxlığının ilkin ölçülməsi zamanı maraqlı məlumat əldə ediblər. Alimlər, həmçinin su quşları, timsahlar, habelə Mezozoy dövründə məhv olmuş dəniz kərtənkələləri arasında bənzər ölçmə aparıblar. Müəyyən edilib ki, spinozavrların “Spinosaurus” və “Baryonyx” növləri ördək, pinqvin, su quşları, habelə suiti, dəniz pişiyi, balina və digər su məməliləri ilə müqayisəedilən olub. Bu onu göstərir ki, bəzi spinozavrlar Mezozoy dövrü timsahları və dəniz kərtənkələləri kimi suya baş vurmağı və yaxşı üzməyi bacarıblar. Lakin alimlər aşkar ediblər ki, “Spinosauridae” fəsiləsindən digər nümayəndələr, məsələn 11 metrlik “Suchomimus tenerensis” suya baş vurmağı bacarmayıb və daha çox quruda yaşayıb.
Tədqiqatçıların fikrincə, qohum kələzlər arasında belə fərqlərin mövcudluğu onu göstərir ki, dinozavrlar arasında suda həyat tərzi geniş yayılmayıbmış. Gələcəkdə spinozavr qalıqlarının tədqiqi və ətraf mühitin xüsusiyyətlərinin analizləri alimlərə bunun səbəbini müəyyənləşdirməyə kömək edəcək.
Tehsil-press.az