BDU-da “Azərbaycanın Milli qəhrəmanları” mövzusunda tədbir

BDU-da “Azərbaycanın Milli qəhrəmanları” mövzusunda tədbir Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Azərbaycanın Milli qəhrəmanları” mövzusunda tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Onlayn tədbirdə təşkilatın sədr müavini Aydan Rüstəmzadə xalqımızın qəhrəmanlıq tarixindən, 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərin əhəmiyyətindən danışıb.
Sonra Tələbə Gənclər Təşkilatı idarə heyətinin üzvü Fatimə Nağızadə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda misilsiz igidliklər göstərmiş Azərbaycanın Milli qəhrəmanları haqqında məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər