BDU-da “Tariximiz və dəyərlərimiz” mövzusunda tədbir keçirilib

BDU-da “Tariximiz və dəyərlərimiz” mövzusunda tədbir keçirilib Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Tariximiz və dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
ədbirdə çıxış edən BDU-nun Mənbəşünaslıq və tarixşünaslıq kafedrasının müdiri, Milli Məclisin deputatı, professor Anar İsgəndərov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, rəşadətli Ordumuzun gücü, qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərin əhəmiyyətindən danışıb. Professor Böyük Zəfərin Azərbaycan xalqının son iki yüz illik tarixində ən böyük qalibiyyət olduğunu və Qarabağın düşməndən azad edilməsi ilə Vətən tarixinin ən şanlı səhifəsinin yazıldığını diqqətə çatdırıb.
Qədim və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov Azərbaycan tarixinin ən qədim dövrlərindən başlayaraq bu günümüzə qədər olan tədqiqatların nəticələrindən söz açıb, bütün bu araşdırmaların 44 günlük Vətən müharibəsində nə qədər mühüm rol oynadığını xüsusi qeyd edib.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb və tələbələrin sualları cavablandırılıb.
Fakültə tərəfindən hazırlanan videoçarx nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər