Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə “Milli qəhrəmanlarımız - Mübariz İbrahimov” adlı onlayn disput keçirilib.
Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimovanın moderatorluğu ilə keçirilən tədbirdə fakültənin dekanı vəzifəsini icra edən Cabir Quliyev, İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müdiri Əmir Əliyev, Mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, dosent Şükür Yusifov çıxış ediblər.
Çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı tarixi Qələbənin əhəmiyyətindən bəhs edilib. Şəhidlərin əziz xatirəsinin daim ürəklərdə yaşayacağı vurğulanıb.
Fakültənin məzun qaziləri Babək Hacılı və Şamo İsabəyli Azərbaycanın Milli qəhrəmanları Allahverdi Bağırov, Mübariz İbrahimov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Zeynalov haqqında danışıb, müharibə dövrü ilə bağlı xatirələrini bölüşüblər.
Sonda fakültənin tələbələri Aytəkin Qurbanlı və İlkin İmanlı “Qəhrəmanlar unudulmur: fərqli talelərin oxşar zirvəsi” və “Vətən qəhrəmanları ilə tanınar” mövzularında çıxış ediblər.
Tehsil-press.az