Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 Mart - Elm Gününə həsr olunan tədbirlər çərçivəsində növbəti ustad dərsi keçirilib.
Ustad dərsi Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və immunologiya kafedrasının professoru, biologiya elmləri doktoru Nigar Ağayeva tərəfindən aparılıb. Professorun “Virusların bioloji xüsusiyyətlərinin öyrənilməsinin müasir dövrümüzdə rolu və COVID-19 infeksiyası” mövzusunda məruzəsi dinlənilib.
N.Ağayeva virusların quruluşu, növləri, təsnifatı, çoxalması, kultivasiyası, gen mutasiyaları, törətdiyi xəstəliklər, yoluxma mexanizmlərindən danışıb.
Mütəxəssis və tələbələrin iştirak etdikləri ustad dərsində, eyni zamanda, COVID-19 infeksiyası, onun növləri, quruluşu, kultivasiyası, mutasiya və rekombinasiyaları, koronavirusla mübarizə yolları haqqında məlumat verilib. Koronavirusların yeni variantlarına qarşı immunitet yaranma mexanizmləri təqdim edilib. COVID-19-un diaqnostikası, müalicə imkanları, dünyada və ölkəmizdə istifadə olunan peyvənd növlərindən bəhs olunub.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az