“COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda onlayn ustad dərsi keçirilib

“COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda onlayn ustad dərsi keçirilib Bakı Dövlət Universitetində (BDU) Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı-professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq Proteomiks laboratoriyasının müdiri İsmayıl Zülfüqarov BDU-nun tələbələri üçün “COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda onlayn ustad dərsini verib.
Videobağlantıya qoşulan universitetin rektoru Elçin Babayev Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ali təhsil ocağında görülən qabaqlayıcı tədbirlər, pandemiya ilə mübarizədə atılan effektiv və məqsədyönlü addımlar barədə ətraflı məlumat verib. Rektor ölkəmizin müvafiq istiqamətdə nümunəvi fəaliyyətlə fərqləndiyini vurğulayıb.
Professor İsmayıl Zülfüqarov koronaviruslar və onların təkamül dinamikası, COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları, pandemiyalar və bioetik problemlər, mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin inkişaf perspektivləri, yeni koronavirusların yaranması haqqında təqdimatla çıxış edib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş dərsi 100-ə yaxın iştirakçı dinləyib. Diskussiya şəraitində davam edən ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər