Aprelin 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbiri açıq elan edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldığı, qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vurduğu həmin tarixi günləri yada salıb. Qeyd edib ki, məhz həmin günlərdə erməni siyasətçilərinin uzun illər öz ordusu haqqında yaratdığı “keçilməz erməni səngərləri” mifi alt-üst edilib və bir sıra mövqelər düşməndən azad edilib. Aprel döyüşləri xalqın Prezident İlham Əliyevin ətrafında sıx birliyinin ifadəsi, eləcə də ordumuzun zəfər yürüşüdür.
Sonra Aprel döyüşləri haqqında videoçarx nümayiş olunub.
Tədbirdə iştirak edən Aprel qazisi, Vətən müharibəsi iştirakçısı Asif Rəsulov Aprel döyüşləri haqqında danışıb. O, aprel döyüşlərindən 6 il ötdüyünü qeyd edib. Vurğulayıb ki, 2016-cı ildə dördgünlük döyüşlərdə qəhrəman əsgər və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad edib.
Tələbələr Aprel döyüşləri ilə bağlı qaziyə müxtəlif suallar veriblər, sonda Asif Rəsulovla xatirə şəkli çəkdiriblər.
Tehsil-press.az