Azərbaycan və Gürcüstanın basketbol federasiyaları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Gürcüstanın basketbol federasiyaları arasında əməkdaşlıq məsələləri müzakirə olunub Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev ölkəmizdə səfərdə olan Gürcüstan Basketbol Federasiyasının prezidenti Viktor Sanikidze ilə görüşüb.
Əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.
Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.
Təhsil Nazirliyində federasiyaların məsul şəxslərinin iştirak etdiyi görüşdə basketbol idman növünün inkişafı və mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, gələcəkdə birgə görüləcək işlərdən danışılıb.

Tehsil-press.az


Oxşar xəbərlər