Xəzər Universitetinin əməkdaşları Braqança Politexnik İnstitutunda olublar

Xəzər Universitetinin əməkdaşları Braqança Politexnik İnstitutunda olublar Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov və Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əlimərdanova “Erasmus+” proqramı çərçivəsində Portuqaliyanın Braqança Politexnik İnstitutunda olublar.
Xəzər Universitetinin əməkdaşları institutun doktorant tələbələri və professor-müəllim heyətinin elmi tədqiqatlarını və təcrübələrini həyata keçirdikləri İPB mərkəzləri ilə yaxından tanış olublar. Eyni zamanda, idarəetmə və mühəndislik ilə bağlı təhsil proqramları və beynəlxalq fəaliyyətlərə cavabdeh olan İPB rəhbərliyi ilə səmərəli görüşlər keçirilib.
Görüş zamanı Xəzər Universiteti və Braqança Politexnik İnstitutunun ikili diplom proqramlarında iştirak edən Xəzər Universitetinin bakalavr və magistr tələbələrinin akademik göstəriciləri xüsusi vurğulanıb və gələcək əməkdaşlıq strategiyası olaraq tərəflər birgə təlim layihələrinin və maliyyə, mühasibat uçotu, turizm və hotelçilik, inşaat mühəndisliyi, mexanika mühəndisliyi və baytarlıq təbabəti üzrə ikili diplom proqramlarının hazırlanmasında maraqlı olduqlarını bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər