Xəzər Universitetinin əməkdaşları Ərdəbil İslam Azad Universitetində elmi ezamiyyətdə olublar

Xəzər Universitetinin əməkdaşları Ərdəbil İslam Azad Universitetində elmi ezamiyyətdə olublar Xəzər Universitetinin Həyat elmləri departamentinin müdiri Asəf Ömərov və departamentin dosenti Cavid Ocaqi İranın Ərdəbil İslam Azad Universitetində elmi ezamiyyətdə olublar.
Ərdəbil İslam Azad Universitetinin rektoru İshaq Rəsuli ilə keçirilən görüşdə gələcəkdə ali təhsil müəssisələri arasında birgə elmi işlərin aparılması məsələsi geniş müzakirə edilib. İ.Rəsuli birgə elmi layihələrin icrası, magistr və doktorantların ortaq elmi rəhbərlərinin təyini, ikili diplom, elmi konfranslar və təlim kurslarının aparılmasının hər iki ali məktəb üçün əhəmiyyətli olacağını vurğulayıb.
Qeyd edilib ki, Ərdəbil Azad Universitetinin maraqlı işlərindən biri əldə olunmuş elmi nəticələrin praktikada tətbiqidir. Belə ki, bu ali təhsil ocağı özəl şirkətlərə universitetin daxilində imkan yaradaraq, onlara elmi dəstək olub və bir çox məhsulların bazara çıxarılmasına zəmin yaradıb.
Xəzər Universitetinin əməkdaşları dərman bitkilərindən hazırlanan preparatların hazırlanması və satışı ilə məşğul olan “Daniş Bunyan” şirkətinin emalatxanasına gediblər. Eyni zamanda, universitetin əqrəb fermasında aparılan işlərlə tanış olublar.
Nümayəndələr Ərdəbil İslam Azad Universitetində biotexnologiya, hüceyrə və toxuma kulturası, genetik və kimya instrumental təhlil laboratoriyalarında aparılan tədqiqatları yaxından izləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər