Yanvarın 30-da Təhsil Nazirliyində 2018-2019-cu tədris ili üzrə respublika pedaqoji mühazirələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu pedaqoji mühazirələrin qiymətləndirilməsinin nəticələri barədə danışıb. Qeyd edib ki, pedaqoji mühazirələrin keçirilməsində məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdir. Eyni zamanda, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaqdır.
Pedaqoji mühazirələr rayon (şəhər) və respublika olmaqla 2 mərhələdə keçirilib. Rayon (şəhər) mərhələsində 3642 pedaqoji mühazirə dinlənilib, onlardan 182-si seçilərək respublika mərhələsinə təqdim olunub. Respublika mərhələsinə təqdim olunan mühazirələr Təhsil Nazirliyinin işçi qrupu tərəfindən oxunub. Ümumilikdə 155 pedaqoji mühazirə respublika mərhələsində iştirak üçün proqrama daxil edilib.
Perspektiv planlardan danışan Vəfa Yaqublu bu il UNESKO-da “Təhsilin gələcəyi” adlı yeni layihəyə başlanıldığını qeyd edib. O, bu layihənin ilkin versiyasının gələn il müzakirəyə çıxarılacağını bildirib.
Sonra qaliblər mükafatlandırılıb. Qiymətləndirmənin nəticələrinə əsasən 107 müəllim diplom və təltifnamələrə layiq görülüb.
Tehsil-press.az