BDU-da təlim: Müasir iqtisadi reallıqlarda Azərbaycanda karyera

BDU-da təlim: Müasir iqtisadi reallıqlarda Azərbaycanda karyera Bakı Dövlət Universiteti (BDU) və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə “Dinamik gənclik həftəsi 2" layihəsi çərçivəsində “Müasir iqtisadi reallıqlarda Azərbaycanda karyera” mövzusunda təlim keçirilib.
Təlimdə “Business Consultancy”nın peşəkar idarəçisi Fəxri Ağayev müasir iqtisadi reallıqlarda Azərbaycanın iş dünyasında uğurlu karyera qurmaq haqqında məlumat verib. Təlimçi peşəkar yanaşmaları və şəxsi təcrübəsi əsasında tələbələrə uğurlu karyera quruculuğundan danışıb. Qeyd edilib ki, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı, şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti də çox böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən tələbələr təhsil müddətini səmərəli keçirməli və çox işləməlidirlər. Uğurlu karyeraya nail olmaq istəyən gənclər onun bünövrəsini tələbəlik dövründə qoymalıdırlar.
Könüllülük fəaliyyətinə diqqət çəkən F.Ağayev bunun peşəkar karyera quruculuğunda xüsusi əhəmiyyətinin olacağına əminliyini ifadə edib.
Sonda könüllülərin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər