BDU-da “Şeir gecəsi” adlı qiraət müsabiqəsi

BDU-da “Şeir gecəsi” adlı qiraət müsabiqəsi Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi üzrə Könüllülər Təşkilatı tərəfindən “Şeir gecəsi” adlı qiraət müsabiqəsi təşkil olunub.
Müsabiqədə altı tələbənin müxtəlif mövzular üzrə ifadəli səsləndirdikləri şeirlər münsiflər heyətinin üzvləri – Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva və “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov tərəfindən dəyərləndirilib.
Filologiya fakültəsinin tələbəsi Cahan Salmanova I, Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi Xalidə Bayramova II, Fizika fakültəsinin tələbəsi Səma Mehdili III yerə layiq görülüblər.
Qaliblər diplomla mükafatlandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər