“Cansız təbiət” rəsm müsabiqəsinin qalibləri müəyyən olunub

“Cansız təbiət” rəsm müsabiqəsinin qalibləri müəyyən olunub Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Art-klubun təşkilatçılığı ilə “Cansız təbiət” adlı rəsm müsabiqəsi keçirilib.
Tələbələrin çəkdikləri rəsmlər klubun direktoru Ayşən Cahangirova və idarə heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib.
UNEC Dizayn Məktəbinin 1-ci kurs tələbəsi Lamiyə Zeynalzadə I, İqtisadiyyat fakültəsinin 1-ci kurs tələbəsi Şahnaz Qarayeva II və Biznes və menecment fakültəsinin 1-ci kurs tələbəsi Əzizə Səlimova III yerə layiq görülüb.

Tehsil-press.az


Oxşar xəbərlər