“eTwinning” Avropa Mərkəzi Dəstək Xidməti tərəfindən “Öyrənmə məkanları” və “Xarici dilin tədrisində yeni çağırışlar” mövzularında müəllimlər üçün onlayn beynəlxalq inkişaf təlimləri keçirilib.
Təlimlərin əsas məqsədi öyrənmə məkanlarının təkmilləşməsinə xidmət edən üsulların araşdırılması, öyrənmə üslublarına uyğunlaşdırılmış sinif mühitinin formalaşdırılması olub. İnkişaf etməkdə olan tendensiyaların xarici dilin öyrənmə mühitinə təsirini əhatə edib. Hibrid öyrənmə mühitində “edtech” sinif otaqlarının yaradılması təcrübəsi də təlim müddətində təqdim olunub.
Peşəkar inkişaf istiqamətində ölkəmizdən ümumilikdə 5 müəllim təlimlərdə iştirak edib.
Təlimlərdə Azərbaycanla yanaşı Avstriya, Türkiyə, İsveçrə, Tunis, Gürcüstan, Albaniya, İtaliya, Yunanıstan kimi ölkələrin müəllimləri layihə əsaslı təhsil mühitində dəstəkləyici öyrənmə məkanlarının yaradılması istiqamətində beynəlxalq təhsil ekspertlərinin təqdimatlarını dinləyib, qrup işləri zamanı şəxsi təcrübələrini paylaşıblar.
Hər iki təlimin sonunda müəllimlər beynəlxalq sertifikatla təltif olunublar.
Tehsil-press.az