Millət vəkili BDU-nun tələbələri ilə görüşüb

Millət vəkili BDU-nun tələbələri ilə görüşüb Bakı Dövlət Universitetində (BDU) BDU və ASAN könüllülərinin birgə təşkilatçılığı ilə millət vəkili Ceyhun Məmmədovla görüş keçirilib.
Aprel döyüşlərinin ildönümünə həsr olunmuş görüşdə millət vəkili gənclərin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, gənclərə öz tövsiyələrini verib. Qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz Aprel döyüşlərində layiqli qələbə qazanıb və düşmən təxribatının qarşısını rəşadətlə alıb.
Natiq, həmçinin uğurlu əks-hücum nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında 2000 hektardan çox torpağımızın, vacib yüksəkliklərin işğalçılardan azad olunmasından bəhs edib. Millət vəkili Aprel döyüşlərinin Vətən müharibəsindəki şanlı qələbəmizin təməli olduğunu və xalqın vətənpərvərlik ruhunu alovlandırdığını deyib.
Daha sonra könüllülərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər