İtaliya və ABŞ universitetlərinin professorları ilə görüş

İtaliya və ABŞ universitetlərinin professorları ilə görüş Xəzər Universitetində İtaliyanın Turin Politexnik Universitetinin professoru Fulvia Çiampo və ABŞ-ın Detroit Mercy Universitetinin professoru Omid Sabbaghi ilə görüş keçirilib.
Tanışlıq məqsədi daşıyan görüşdə müxtəlif mövzularda müzakirələr aparılıb. Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, tədris işləri üzrə prorektor professor Məhəmməd Nuriyev, beynəlxalq əlaqələr üzrə prorektor Vlad Vernygora, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, dekanlar, departament müdirləri iştirak ediblər.
Qeyd edək ki, professor Fulvia Çiampo görüşdə “Erasmus+” mübadilə proqramı və professor Omid Sabbaghi isə “Fullbright” proqramı çərçivəsində iştirak edirlər.

Tehsil-press.az


Oxşar xəbərlər