Mədəniyyət və İncəsənət Universitetində tələbələr “SABAH” layihəsi barədə məlumatlandırılıb

Mədəniyyət və İncəsənət Universitetində tələbələr “SABAH” layihəsi barədə məlumatlandırılıb Təhsil Nazirliyinin “SABAH” qruplarının İcra Komitəsinin nümayəndələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.
Nümayəndələr rejissorluq və aktyorluq sənəti üzrə birinci kurs tələbələri ilə görüşüblər. ADMİU “SABAH” Mərkəzinin rəhbəri Böyükxanım Talıbova və ali məktəbin prorektoru Gülşən Əliyeva-Kəngərli qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, görüşün əsas məqsədi tələbələri “SABAH” layihəsi haqqında məlumatlandırmaqdır.
“SABAH” qruplarının İcra Komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev “SABAH”ın 2014-2022-ci illər ərzindəki fəaliyyəti haqqında məlumat verib, tələbələri qəbul qaydaları ilə tanış edib. Bildirilib ki, artıq 2022-2023-cü tədris ili üzrə “SABAH” qruplarının bakalavriat səviyyəsinə tələbə qəbulu başlayıb. Müsabiqədə iştirak etmək istəyən tələbələr ərizələrini təqdim edə bilərlər.
“SABAH” qruplarının İcra Komitəsi rəhbərinin tələbələrlə iş üzrə müavini Sevinc Əliyeva, “SABAH” qruplarının İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Leyla Hüseynova və qurum rəhbərinin köməkçisi Nərmin Səfərova tələbələrin suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər