Azərbaycan Dillər Universitetində onlayn vebinar: Təcrübəni bizimlə paylaş

Azərbaycan Dillər Universitetində onlayn vebinar: Təcrübəni bizimlə paylaş Azərbaycan Dillər Universitetinin (ADU) “SABAH” qruplarının tələbələrinin təşəbbüsü ilə “Təcrübəni bizimlə paylaş” adlı onlayn vebinar keçirilib.
Görüşün əsas məqsədi tələbələrin müxtəlif istiqamətlər üzrə öz təqdimatlarını yazılı ifadə etmək üçün CV-nin, motivasiya məktublarının və sair sənədlərin daha cəlbedici yazmasına kömək göstərməkdən ibarət olub.
Görüşdə xaricdə təhsil alan tələbələrimiz də iştirak ediblər. Vebinarın əsas təşkilatçısı ADU “SABAH” qruplarının III kurs tələbəsi Ülviyyə Məmmədzadə, aparıcıları isə ADU “SABAH” qruplarının tələbələri Ruqiyyə Ağamalıyeva, Nəzrin Sadıxova, Fatima Koroğluyeva, İspaniyanın Mursiya Universitetində təhsil alan Günel Veyisova, UNEC-in “SABAH” qruplarının tələbələri Səlbi Allahverdiyeva və Nərgiz Mehdiyeva olub.

Tehsil-press.az

Oxşar xəbərlər