Azərbaycan Dillər Universitetində Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər qurulmasının 30 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetində Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər qurulmasının 30 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər qurulmasının 30 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib.
ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayıb. O qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr durmadan möhkəmlənir və daha məzmunlu olur. Rektor vurğulayıb ki, Rusiyanın aparıcı ali məktəbləri ilə əməkdaşlıq genişlənir, tələbə mübadiləsi proqramları həyata keçirilir, birgə konfranslar təşkil edilir. Rektor əmin olduğunu bildirib ki, Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edəcək.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi əməkdaşlığın çox mühüm bir mərhələsi – ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il 22 fevral tarixli Bəyannamənin imzalanması ilə eyni vaxta düşüb.
Səfir qeyd edib ki, iki ölkə arasında əlaqələr keyfiyyətcə yeni, davamlı inkişaf səviyyəsinə çatır. Rusiyalı diplomat daha sonra deyib: “Rusiya-Azərbaycan münasibətləri təhsil sahəsində və humanitar sahədə də inkişaf edir, tələbə mübadiləsi proqramları həyata keçirilir”.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov bu il rus dili olimpiadasına hazırlığa, həmçinin “Nizami Gəncəvi İli”nə həsr edilmiş rus dili olimpiadasının keçirilməsinə görə Azərbaycan Dillər Universitetinə təşəkkürünü bildirib.
Sonra Azərbaycan Dillər Universitetinin müəllimləri və tələbələri humanitar sahədə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı barədə söhbət açıblar.
Tədbirin sonunda rektor Kamal Abdulla Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova və tədbirin bütün iştirakçılarına dəyirmi masanın işində fəal iştirak etmələrinə görə təşəkkürünü bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər