Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Bakı Slavyan Universitetində qonaq olub.
Səfirlə görüş zamanı BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixindən, Azərbaycanda rus dilinin inkişafına verdiyi töhfələrdən söz açıb. O, Azərbaycanla Rusiya arasında humanitar əlaqələrin genişlənməsində BSU-nun mühüm rola malik olduğunu diqqətə çatdırıb. BSU-da rus dili və ədəbiyyatının tədrisi üzrə tarixi ənənələrin olduğunu bildirən rektor hazırda universitetin bir çox xarici ölkələrin ali məktəbləri ilə də sıx əməkdaşlıq etdiyini deyib. N.Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ölkələrimiz arasında elmi, iqtisadi və humanitar əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki xidmətlərinə, yüksək hazırlıqlı mütəxəssislər yetişdirilməsi üçün müvafiq şəraitin yaradılmasında göstərdiyi qayğıya görə 2001-ci ildə BSU-nun Fəxri doktoru adı verildiyini bildirib. O qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla özünü göstərir. Rusiyanın qabaqcıl universitetləri ilə qurulan əməkadaşlığın yüksələn xətlə inkişaf etdiyini deyən Nurlana Əliyeva BSU-nun Azərbaycanda rusiyaşünaslığın və slavyanşünaslığın əsas mərkəzi olduğunu qonağın diqqətinə çatdırıb. N.Əliyeva BSU-da fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri, həmçinin burada 2002-ci ildən bəri mövcud olan Rusiya Tədris-Mədəniyyət Mərkəzi nəzdində “Moskva auditoriyası” barədə səfirə məlumat veriib.
Görüş zamanı səfir Mixail Boçarnikov Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə edib, ölkələrimiz arasındakı əlaqələrin qarışılıqlı etimada söykəndiyini vurğulayıb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf etdiyini bildirən səfir Azərbaycan Respublikası ilə ilə Rusiya Federasiyası arasında mədəni-humanitar sahələrdə əməkdaşlıq perspektivlərinə nəzər salaraq təhsil sahəsində əlaqələr, tələbə və müəllim mübadiləsi və digər məsələlər barədə də söz açıb. O, Rusiya universitetləri ilə BSU-nun humanitar sahədə əməkdaşlığına yaxından dəstək olacağını vurğulayıb. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən Mixail Boçarnikov qeyd edib ki, dostluq və tərəfdaşlıq, eyni zamanda yaxşı qonşuluq münasibətləri Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın bütün sahələrini əhatə edir.
Sonra qonaq BSU-nun Rusiya Tədris-Mədəniyyət Mərkəzi nəzdində “Moskva auditoriyası” və Snakt-Peterburq Tədris-Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olub.
BSU-nun akt zalında “Arzu” rəqs ansamblının tolerantlıq rəqsinin məşqlərinə tamaşa edən səfir Mixail Boçarnikov tələbələrin slavyan xalqlarının milli rəqslərini belə mükəmməl mənimsəmələrini yüksək qiymətləndirib.
Görüşün davamında səfir Mixail Boçarnikov BSU-nun professor-müəllim heyətindən ibarət geniş auditoriya qarşısında məruzə ilə çıxış edib, onları maraqlandıran sualları cavablandırıb. Tədbirdə rusiyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələr rus poeziyasından nümunələr səsləndiriblər.

BSU-nun Mətbuat Xidməti


Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olubRusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olubRusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olubRusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olubRusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

Oxşar xəbərlər