Bakı Dövlət Universitetinin (BDU) “SABAH” mərkəzinin təşkilatçılığı, Hüquq fakültəsinin mülki proses və kommersiya hüququ kafedrasının dəstəyi ilə “Hüquqşünas masası”nda “Azərbaycan Respublikası və Polşa Respublikasında mülki mühakimə icraatının səmərəliliyinin artırılması sahəsində islahatlar (Avropa Şurasının standartları prizmasından)” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Elçin Xələfov Azərbaycan və Polşa arasında əlaqələr, Avropa ölkələrinin hüquq sisteminə dair təcrübəsi, mülki-prosessual hüququn əsasları, mülki prosesin mərhələləri, mülki-prosessual qanunvericiliyə müstəqillik dövründə edilən dəyişikliklər haqqında məlumat verib.
Polşanın Jeşov Universitetinin hüquqi işlər üzrə şöbə müdiri Anna Koşçiolek Polşa qanunvericiliyində mülki prosesdə tərəflərin hüquqları, elektron məhkəmələrin vəziyyəti, Avropa İttifaqında mülki qanunvericiliyə edilən dəyişiklər barədə danışıb. Polşalı qonaq onlayn məhkəmə proseslərinə baxış və tərəflərin dinlənilməsinə keçidin ölkə qanunvericiliyində implementasiya üsulları, Polşa mülki prosessual və maddi hüquq normaları, hüquq sistemindəki çatışmazlıqlar kimi məsələlərə aydınlıq gətirib.
Vəkillər Kollegiyasının üzvü Natavan Rüstəmova Azərbaycan Respublikasında real məhkəmə prosesində mülki prosessual qanunvericiliyin tətbiqindən bəhs edib, bu sahədə mütəxəssis kimi formalaşmağın vacibliyini vurğulayıb.
Dəyirmi masada Təhsil Nazirliyi “SABAH” İcra Komitəsinin tədris işləri üzrə rəhbər müavini Eldar Qocayev Azərbaycan və Polşa respublikalarının mülki prosessual qanunvericiliyinin müqayisəli təhlilini aparıb.
Tədbir interaktiv formada davam edib.
Tehsil-press.az