BDU-da “Hüquqşünas masası” adlı platforma yaradılıb

BDU-da “Hüquqşünas masası” adlı platforma yaradılıb Təhsil Nazirliyinin “SABAH” qrupları (bakalavriat) layihəsi çərçivəsində tələbələrin ixtisas biliyi və ümumi dünyagörüşünün artırılması məqsədilə seminar, dəyirmi masa, panel müzakirə, konfrans, təlim, ustad dərsləri və kursların keçirilməsinə start verilib. Bununla əlaqədar Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarında (bakalavriat) “Hüquqşünas masası” adlı platforma yaradılıb.
“Hüquqşünas masası”nın təşkilatçılığı və Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dəstəyilə “Azərbaycan Respublikasında mediasiya institutunun tətbiqi məsələləri” mövzusunda panel müzakirə keçirilib.
Tədbirdə Təhsil Nazirliyi “SABAH” İcra Komitəsinin tədris işləri üzrə rəhbər müavini Eldar Qocayev, BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Elçin Xələfov, Mediasiya Şurasının İdarə Heyətinin sədri, BMT İqtisadi, sosial, mədəni hüquqlar komitəsinin üzvü Nadir Adilov, Dünya Bankının və Asiya İnkişaf Bankının mediatoru Ruslan Mirzəyev, Mediasiya Şurasının üzvü, İntizam komissiyasının sədri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sima Yaqubova iştirak ediblər.
Tədbirin məqsədi ölkəmiz üçün yeni olan bu institut haqqında tələbələrin hüquqi maarifləndirilməsidir.
Ruslan Mirzəyev mövzuya dair məruzə edib, tələbələrlə geniş müzakirələr aparılıb. Müzakirələr zamanı, həmçinin “SABAH” tələbələrinin bu istiqamətdə müxtəlif təcrübələrə cəlb olunması imkanlarına diqqət yetirilib.

Tehsil-press.az

Oxşar xəbərlər