BDU-nun tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olublar

BDU-nun tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olublar Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin I, II və III kurs tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olublar.
Tələbələrə institutdakı laboratoriyaların iş rejimi, gübrələmə, bitki mühafizə tədbirlərinin təşkilində tətbiq olunan innovasiya sistemləri göstərilib.
Tələbələr institutun istixanalarına baş çəkiblər. Məlumat verilib ki, istixanalarda xəstəliklərdən mühafizə olunmuş şəraitdə seleksiya və toxumçuluq işləri aparılır, yeni sortlar yaradılaraq dövlət sort sınağına təqdim olunur. Tələbələr Toxum Satış Mərkəzində fermerlərə təklif edilən sağlam nümunələrlə də tanış olublar.
İnstitutun mütəxəssisləri müasir cihaz və avadanlıqlar, onların iş prinsipləri haqqında məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər