Bosniya və Herseqovinanın Mostar şəhərində bazar günləri işləmək rəsmi olaraq qadağan edilib. Beləliklə də Mostar bazar günləri işləməyin qadağan edildiyi Bosniya və Herseqovinanın ilk böyük şəhəri olub.
Mostar Bələdiyyəsi qadağaya əməl etməyən obyekt və mağazaların 1500 avroyadək cərimə olunacağını açıqlayıb.
Bələdiyyə sədri Mario Kordiç qadağanın məqsədinin şəhərdəki hər kəsin bazar günlərini ailələri ilə birgə keçirməsinə şərait yaratmaq olduğunu bildirib.
Qeyd edək ki, Mostar Bosniya və Herseqovina ərazisində sahəsinə görə beşinci ən böyük şəhərdir. Şəhər öz adını Neretva çayı üzərində olan “Mostar körpüsü”ndən götürüb.
Tehsil-press.az