Daha bir ölkədə kütləvi məzarlıq tapıldı

Daha bir ölkədə kütləvi məzarlıq tapıldı Bosniya Herseqovinanın cənubundakı Kalinovik şəhərində kütləvi məzarlıq tapılıb.
Bu barədə ölkənin İtkin Düşmüş Şəxslər İnstitutu açıqlama yayıb.
Aşkarlanan məzarlıqdakı qalıqların 1992-1995-ci illərdə baş verən müharibədə öldürülən mülki şəxslərə aid olduğu ehtimal edilir.
Hələlik üç nəfərin qalıqları çıxarılıb, qazma işləri davam etdirilir.
Bonsiya Herseqovinada bu günə qədər 550-dən çox kütləvi məzarlıq aşkarlanıb.
Qeyd edək ki, Kanadada da 215 uşağın qalıqlarının olduğu kütləvi məzarlıq tapılmışdı.

Tehsil-press.az


Oxşar xəbərlər