BDU-da “Şuşa həftəsi” keçiriləcək

BDU-da “Şuşa həftəsi” keçiriləcək Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) mayın 16-dan 20-dək “Şuşa həftəsi” keçirəcək.
“Şuşa İli” ilə əlaqədar tədbirlər planı çərçivəsində gerçəkləşəcək.
Həftə ərzində Şuşaya həsr edilən rəsm və qiraət müsabiqəsi təşkil olunacaq. Rəsm müsabiqəsinin qaliblərinin əl işləri “Şuşa həftəsi”nin sonunda keçiriləcək sərgidə nümayiş olunacaq. Tədbir çərçivəsində, həmçinin BMT-nin 6 rəsmi dilində qiraət müsabiqəsinin qaliblərinin çıxışları və fləşmob görüntülərindən ibarət “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır!” videoçarxı hazırlanaraq yayımlanacaq.
Bununla yanaşı, Şuşa Dövlət Dram Teatrı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası səhnələşdiriləcək.
Qiraət və rəsm müsabiqələrinə təqdim ediləcək səs və ya videoyazılar, A2, A4 formatında olan rəsmlər mayın 10-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Hər iki müsabiqə çərçivəsində qaliblər mükafatlandırılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər