Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Bakı Dövlət Universitetinin Elmi kitabxanasında “Şuşa-270” adlı kitab sərgisi açılıb.
Sərgidə dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində çapdan çıxmış “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı, Şuşanın və Qarabağın tarixinə və mədəniyyətinə həsr edilmiş müxtəlif əsərlər, o cümlədən əslən Şuşadan olan elm, mədəniyyət və incəsənət xadimlərinin kitabları nümayiş etdirilir.
Sərgi ilin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.
Tehsil-press.az