Dosent Yusif Ağayev: Ölkəmizdə “Şuşa İli” elan edilməsinin çox böyük siyasi və tarixi əhəmiyyəti var

Dosent Yusif Ağayev: Ölkəmizdə “Şuşa İli” elan edilməsinin çox böyük siyasi və tarixi əhəmiyyəti var Vətən müharibəsində Böyük Qələbə qazandıq, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tariximizə qəhrəmanlıq səhifəsi yazdı. Torpaqlarımız düşmən işğalından azad olundu. Böyük Zəfərimiz bizim tarixi uğurumuzdur.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Yusif Ağayev bildirib. Y.Ağayev qeyd edib ki, bu gün Azərbaycan çox sürətlə inkişaf edir, respublikamız dünya ölkələri arasında özünə layiqli yer tutub. Respublikamızda qazanılan bütün nailiyyətlər Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsinin çox böyük siyasi və tarixi əhəmiyyəti var. Şuşa işğaldan azad ediləndən dərhal sonra şəhərdə geniş quruculuq işləri başlandı və bu iş çox sürətlə davam etdirilir.
O bildirib ki, “Şuşa İli”ndə tarixi şəhərimiz olan Şuşanın görkəmli alimlərinin, şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığının daha dərindən araşdırılması, təbliğ edilməsi üçün müxtəlif layihələr həyata keçiriləcək. Burada beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunacaq. Doğma yurd yerimiz Şuşa öz gözəl təbiəti, zəngin mədəniyyəti ilə dünyada daha da yaxşı tanınacaq.

Tehsil-press.az


Oxşar xəbərlər