Rektor: Strasburq Universiteti ilə birgə tədqiqatlar aparılacaq

Rektor: Strasburq Universiteti ilə birgə tədqiqatlar aparılacaq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin tələbələri üçün ADNSU, Strasburq Universiteti və Fransa səfirliyi arasında doktorantura təqaüdü sahəsində əməkdaşlıq sazişi imzalanıb. Sənədə əsasən, Strasburq Universiteti ilə birgə tədqiqatlar aparılacaq.
Bunu ADNSU-nun rektoru, professor Mustafa Babanlı jurnalistlərə müsahibəsində bildirib.
Rektor deyib: “Müqavilə çərçivəsində Fransadan dəvət edilən daimi müəllimlər yerli müəllimlərlə əvəz olunacaq, eyni zamanda, neft-qaz mühəndisliyi, geologiya-fizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri və digər sahələr üzrə birgə tədqiqat işləri aparılacaq. UFAZ-da elmi-tədqiqat laboratoriyalarının fəaliyyəti daha da genişlənəcək”.

Tehsil-press.az


Oxşar xəbərlər