Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) kimya, fizika, geofizika və kompüter elmləri ixtisasları üzrə təhsil alan tələbələri üçün 2018-2019-cu tədris ilindən tədris laboratoriyalarının istifadəyə verilməsi nəzərdə tutulub.
Bu barədə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov məlumat verib. İcraçı direktor bildirib ki, laboratoriyalarda avadanlıqların quraşdırılması Strasburq Universitetinin standartları əsasında aparılır. Belə ki, istər binanın tikintisinə, istərsə də laboratoriyalarda avadanlıqların quraşdırılmasına Strasburq Universitetindən gəlmiş mütəxəssislər nəzarət edirlər.
Qeyd edək ki, hazırda UFAZ-ın tədris binasında 1-ci və 2-ci kurs tələbələrinin dərslərinin aparılması üçün fizika, kimya və optik laboratoriyalar var. Yeni laboratoriyalardan UFAZ-la yanaşı, ADNSU-nun tələbələri də istifadə edəcəklər. Bundan əlavə, yeni laboratoriyalar həm də UFAZ-ın tədqiqat universitetinə çevrilməsinə zəmin yaradacaq.

Hüseyn Şərifov