Bakı Dövlət Universitetində (BDU) Elmi şuranın növbəti iclası keçirilib.
Elmi şurada çıxış edən BDU-nun rektoru Elçin Babayev universitetdə “Şuşa İli” çərçivəsində bir sıra mühüm tədbirlər və konfransların keçiriləcəyini, elmi tədqiqatların aparılacağını diqqətə çatdırıb. Qeyd olunub ki, 2023-cü ildə Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması hər kəs üçün fəxrdir. Rektor BDU kollektivinin Şuşaya səfərinin nəzərdə tutulduğunu və bunun üçün təşkilati işlərin həyata keçirildiyini vurğulayıb.
BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru Fikrət Əliyev rəhbərlik etdiyi elm müəssisəsinin 2021-ci ildəki fəaliyyətinə dair hesabat təqdim edib. Bildirilib ki, ötən il institutda 3 mövzu üzrə 16 iş yerinə yetirilib. Ötən il institutda maye dempferli rəqsvari sistemlərdə kəsr tərtibin təyini, proqram trayektoriya- idarəedicinin, optimal requlyatorların Larin parametrizasiyası vasitəsilə qurulması üçün yeni effektiv metodlar təklif olunub, ədədi alqoritmlər işlənib və onların ştanqlı nasos qurğularında effektiv işləməsi üçün tətbiqi verilib. İnstitutda ilk dəfə pilotsuz uçan dronların riyazi modeli qurulub və onun havaya qaldırılması alqoritmləri işlənilib. Həmçinin, bunların kompüter simulyasiyası hazırlanıb.
Sonra BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova təhsil müəssisəsinin 2021-ci il üzrə hesabatını açıqlayıb. S.Orucova qeyd edib ki, ötən il oktyabrın 19-da BDU-nun rektorunun əmri ilə İqtisadiyyat və Humanitar Kollecin yeni strukturu təsdiq edilib. Hazırda kollecdə 120 müəllim, 75 işçi olmaqla 195 nəfər işçi çalışır. 2021-2022-ci tədris ilində kollecə ümumi orta təhsil bazasından 205 nəfər, tam orta təhsil bazasından isə 142 nəfər daxil olub. Hazırda kollecdə 1067 tələbə təhsil alır. Bunlardan 346 nəfəri ödənişli, 445 nəfəri dövlət hesabına oxuyur. Kollecdə ümumi orta təhsil bazasında 8, tam orta təhsil bazasında 6 ixtisas üzrə qəbul aparılıb.
S.Orucova bildirib ki, ötən il iyunun 1-dən kollecdə bir sıra islahatlar həyata keçirilib. Pedaqoji şurada kollecin yeni strukturu və ştat cədvəli təsdiq edilib. Yeni tədris proqramları, dərs vəsaitləri və dərsliklər hazırlanıb. Mütəmadi olaraq fənn birləşmə komitələri ilə görüşlər keçirilərək tədris prosesində islahatlarla bağlı müzakirələr aparılıb. Bu ildən kollecin qəzeti və jurnalının çapı nəzərdə tutulur.
Hər iki hesabat səsə qoyularaq qəbul edilib.
Elmi şuranın sonunda cari məsələlərə baxılıb.
Tehsil-press.az