Bakı Dövlət Universiteti (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollec yeni tədris ilinə hazırdır.
Universitetin rektoru Elçin Babayev İqtisadiyyat və Humanitar Kollecdə yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, həyata keçirilən yeniliklərlə tanış olub.
Kollecin direktoru Səhər Orucova təhsil müəssisəsində xüsusi karantin rejimi dövründə tədrisin təşkili üçün həyata keçirilən tədbirlərdən danışıb.
Qeyd olunub ki, kollecdə tədrisin keyfiyyətinin artırılması məqsədilə yeni tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanması, kitabxananın elektronlaşdırılması, beynəlxalq əlaqələrin qurulması, BDU alimlərinin iştirakı ilə elmi seminarların, konfransların, açıq dərslərin keçirilməsi nəzərdə tutulur. Kompüter və dil kurslarında, yaradıcılıq dərnəklərində tələbələrin öz istedad və bacarıqlarını inkişaf etdirmələri üçün şərait yaradılacaq.
Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na müvafiq olaraq kollecdə zəruri dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər görülüb. Yeni tədris ilinə hazırlıq işləri yekunlaşdırılıb, dərs otaqları, kitabxana, dəhlizlər, sanitar qovşaqlar və s. dezinfeksiya olunub.
Tehsil-press.az