İsrailin Kaye adına Akademik Təhsil Kollecinin (Kaye Academic Collage of Education) Tədqiqat və qiymətləndirmə şöbəsinin rəhbəri, professor Mark Applebaum Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının tələbələrinə ustad dərsi keçib.
“Kreativlik haradan gəlir?” mövzusunda keçirilən ustad dərsində M.Applebaum tələbələrə kreativliyin mahiyyəti, problemlərin orijinal və qeyri-adi həll yollarından bəhs edib. O, kreativliyin müxtəlif yanaşmalarda fərqli nəticə və cavablar doğurduğunu vurğulayıb. Bildirilib ki, bir sıra ölkələrdə erkən yaşlardan kreativliyi yaradan metod və üsullar tətbiq olunur. Bu, uşaqların gələcək inkişafı üçün çox əhəmiyyətlidir.
Sonra İsraildə tələbə və şagirdlərin tapşırıqları icra etməsi yollarından nümunələr göstərilib.
Məruzə zamanı “Waze”, “Skype”, “Whatsapp”, “Mobılıye”, “Rewalk” kimi proqramlarda kreativliyə dair nümunələr təqdim olunub.
Tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az