Azərbaycan Dövlət Pedaqoji Universitetində “ADPU Könüllüləri” Tələbə Birliyinin (AKT) təşkilatçılığı ilə Beynəlxalq Rəqs Gününə həsr olunmuş “Duyğuların xoreoqrafiyası” adlı tədbir keçirilib.
AKT-nin sədr müavini Nərgiz Quluzadə bildirib ki, Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu vaxtdan hər il qeyd olunur. Azərbaycanda rəqsin tarixi olduqca qədimdir. İncəsənətin bir qolu olan zəngin rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.
Daha sonra tələbələr musiqili rəqs səhnəciklərinə tamaşa etməyə dəvət olunublar. Təşkilatın istedadlı üzvləri “Arşın mal alan” filmindən “Arşın malçı mal göstər” musiqili rəqs səhnəciyi, “Əhməd haradadır” filmindən üzüm rəqsi səhnəciyi, “Ulduz” filmindən “Çarleston” rəqsi səhnəciyi, “Qayınana” filmindən “Sunny” rəqsi səhnəciyi, “Babamızın babasının babası” filmindən Səməndər Rzayevin rəqs səhnəsi, “Bəyin oğurlanması” filmindən “Aman tello” musiqili rəqs səhnəciyi və “Fəryad” filmindəki Şalaxo səhnəciyinin revanş səhnəsini (həmin səhnənin Azərbaycan versiyası, - Şuşanın azad olunmasını qeyd edən azərbaycanlılar) təqdim ediblər.
Ümumilikdə 250 nəfər tələbənin iştirak etdiyi tədbir böyük marağa səbəb olub.
Tehsil-press.az