Bakı Xoreoqrafiya Akademiyasının tələbələri beynəlxalq müsabiqədə mükafata layiq görülüb

Bakı Xoreoqrafiya Akademiyasının tələbələri beynəlxalq müsabiqədə mükafata layiq görülüb İsveçin Stokholm şəhərində onlayn formatda “AURORA” ifaçılıq və bədii sənət üzrə II beynəlxalq müsabiqə-festivalı keçirilib. Müsabiqədə Bakı Xoreoqrafiya Akademiyasının tələbə və şagirdləri iki nominasiya üzrə çıxış ediblər.
Xalq artisti Yusif Qasımovun quruluşunda Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas (kollec) təhsil pilləsinin tələbələrindən ibarət “Bakının ulduzları” rəqs ansamblı milli rəqs nominasiyasında, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluşunda tam orta təhsil pilləsinin şagirdləri Şirin Əmiraslanova, Liana Bernadina, Leyla Dəmirova klassik rəqs nominasiyasında iştirak ediblər.
Klassik rəqs nominasiyasında “Amurlar”, “Pyatsekato” əsərlərindən “Pas-deux-trois” ilə çıxış edən Liana Bernadina, Şirin Əmiraslanova və Leyla Dəmirova I dərəcəli laureat, “Cəngi” və “Cıdır düzü” rəqs nömrələri ilə müsabiqəyə qatılan akademiyanın “Bakının ulduzları” rəqs ansamblı isə müsabiqənin Qran-Pri mükafatına layiq görülüb.
Müsabiqəyə 18 ölkədən iştirakçı qatılıb.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi yaxın və uzaq xarici ölkələrlə mədəni əlaqələrin inkişafı, möhkəmləndirilməsi, iştirakçılar arasında ünsiyyət üçün yaradıcı mühitin formalaşdırılmasıdır.

Tehsil-press.az



Oxşar xəbərlər