Klassik xoreoqrafiya məktəbinin parlaq nümayəndəsi, “Olimprəqs” beynəlxalq rəqs festivalının prodüseri, Berlin Dövlət Teatrının pedaqoqu, balet artisti Aleksey Bessmertnı Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Təhsil Kompleksinin qonağı olub.
Görüşdə akademiyanın tədris işləri üzrə prorektoru, professor Sevda Sadıxbəyova Azərbaycan ilə Almaniya arasındakı diplomatik əlaqələrdən danışıb, ölkəmizin bütün sahələrdə olduğu kimi, mədəni müstəvidə də çox uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Görüş çərçivəsində iki ölkə arasında xoreoqrafiya sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, birgə fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Prorektor qonağa BXA-nın xarici universitetlərlə əlaqələri barədə ətraflı məlumat verib. O, qonağın BXA-nın beynəlxalq əlaqələrinin genişlənməsinə, inkişafına təkan verəcəyinə inamını ifadə edib.
Aleksey Bessmertnı Almaniya ilə Azərbaycan arasında bədii təhsil sahəsində ikitərəfli əlaqələrin genişlənməsində və gələcəkdə birgə fəaliyyət sahəsində əlaqələrin inkişafına dəstək olacağını qeyd edib.
Qonaq klassik rəqs, klassik duet rəqsi və Azərbaycan milli rəqsi dərslərində iştirak edib, eləcə də kollec tələbələrinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” buraxılış tamaşasının məşqini izləyib.
Qeyd edək ki, Aleksey Bessmertnı Berlin Dövlət Teatrında, Praqa Dövlət Operasında, Belqrad Milli Teatrında və Tokionun Siti-balet Teatrında səhnədə balet sənətindən dərs deyir. O, Kipr, Koreya, Avstriya və bir çox ölkələrdə keçirilən beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olub.

Hikmət Əliyev