Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və ADU tərəfindən hazırlanmış “Altay xalqlarının mahnı və rəqs çələngi” adlı tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı tədbirdə iştirak edən hər kəsə, o cümlədən xarici ölkələrin səfirliklərinin nümayəndələrinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O, hazırda sürətlə gedən qloballaşma prosesi və Altay xalqlarının dostluğundan danışaraq qarşılıqlı əməkdaşlığın, xüsusilə də mədəni əlaqələrin bu xalqlar üçün əhəmiyyətini vurğulayıb.
Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev qonaqları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. O qeyd edib ki, bəşəriyyət tarixində elə xalqlar mövcuddur ki, onların təşəkkül və inkişaf tarixi çox az öyrənilib. Çox təəssüf ki, subyektiv mülahizələr əsasında tarixi az öyrənilmiş xalqlardan biri də qədim dövlətçilik və mədəniyyət tarixinə malik olan türk xalqlarıdır: “Türk xalqlarını bir-birindən təcrid etmək, onların qədim dövlətə, mədəniyyətə malik olduğunu göstərməmək, yeni yaranmış nəslin dünyagörüşündə bu qədim xalqın tarixi köklərinə aid baxışların dərin kök atmasına yol verməmək sovet milli siyasətinin başlıca tendensiyalarından biri idi”.
Ə.Abdullayev müstəqil dövlətlərin yaranmasından sonra onların tarixinin araşdırılmasında inkişaf olduğunu da vurğulayıb. O, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımızın mədəniyyəti və tarixinin daha dərindən öyənilməsini qürür hissi ilə qeyd edib. Professor Azərbaycan xalqının mədəniyyətinin inkişafında Prezident İlham Əliyevin çox mühüm rolunun olduğunu diqqətə çatdırıb.
Rəsmi hissə bitdikdən sonra bədii hissədə Azərbaycan xalq rəqsi “Odlar yurdu rəqsi”, Koreya xalq rəqsi “Arirang”, yapon xalq rəqsi “Sakura”, Qırğızıstan xalq rəqsi “Karo Jargo”, özbək xalq rəqsi “Assalam Özbəkistan”, macar xalq rəqsi “ Brahms”, qazax xalq rəqsi “Kustar”, türkmən xalq rəqsi “Bilerzik”, yapon xalq rəqsi “Hana no Ran”, türk xalq rəqsi “Şak Şak əllərə” rəqsləri nümayiş olub, eləcə də yapon xalq mahnısı “Sukiyaki (Ueo Muite Arukou)”, Koreya xalq mahnısı “Love light”, monqol xalq mahnısı “Alsad suugaa eezh minh”, Azərbaycanın “Azərbaycan” mahnıları səslənib.
ADU-nun Mətbuat Xidməti