AMEA-da 2022-ci il üçün doktorantura və dissertanturaya sənəd qəbulunun vaxtı uzadılıb

AMEA-da 2022-ci il üçün doktorantura və dissertanturaya sənəd qəbulunun vaxtı uzadılıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktorantura və dissertanturasına çoxsaylı müraciətləri nəzərə alaraq, sənəd qəbulunun vaxtı 2022-ci il mayın 10-u saat 17:00-dək uzadılıb.
Xatırladaq ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər. Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq hüququna fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdir.

Tehsil-press.az


Oxşar xəbərlər