Kirkorovun bu ölkəyə də girişi qadağan olundu

Kirkorovun bu ölkəyə də girişi qadağan olundu Rusiyanın Xalq artisti Filipp Kirkorovun Latviyaya girişi qeyri-müəyyən vaxtadək qadağan olunub.
Bu barədə Latviya XİN başçısı Edqars Rinkeviçs sosial şəbəkə hesabında bildirib.
“Qara siyahı”ya, həmçinin Rusiyanın Xalq artistləri Yevgeni Petrosyan, Vladimir Vinokur və bədii gimnastika üzrə məşqçi İrina Viner-Usmanova düşüblər.
Qeyd edək ki, F. Kirkorovun Litvaya girişi ötən ilin yanvarından, Ukraynaya ötən ilin yayından, Estoniyaya isə bu ilin aprelindən qadağan olunub.

Tehsil-press.az


Oxşar xəbərlər