Türkiyədə 400 min dollarlıq əmlak alana vətəndaşlıq veriləcək

Türkiyədə 400 min dollarlıq əmlak alana vətəndaşlıq veriləcək Türkiyədə vətəndaşlıq almaq üçün alınmalı olan daşınmaz əmlakın dəyəri artırılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Türkiyə vətəndaşlığı almaq istəyən əcnəbilər ölkədə azı 400 min dollar dəyərində daşınmaz əmlak əldə etməlidirlər.
Qərar bir aydan sonra qüvvəyə minəcək.
Daha əvvəl isə Türkiyə vətəndaşlığı almaq üçün 250 min dollar dəyərində daşınmaz əmlak almaq tələb olunurdu. Bu barədə qanun 2010-cu ilin fevral ayından qüvvədə olub.
Qeyd edək ki, Türkiyə hökuməti əcnəbilər tərəfindən alınan daşınmaz əmlakın qiymətinin artırılması ilə bağlı qərarı aprelin ortalarında qəbul edib.

Tehsil-press.az

Oxşar xəbərlər