AzTU-nun tələbələri Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimlərində iştirak edirlər

AzTU-nun tələbələri Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimlərində iştirak edirlər Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq davam edir.
Əməkdaşlıq çərçivəsində AzTU-nun Energetika və avtomatika fakültəsinin tələbələri Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimlərində iştirak üçün imtahan veriblər. Uğurlu nəticə göstərən tələbələr təlimlərdə iştirak hüququ qazanıb.
“Sənayedə mühərriklərin quraşdırılması və PLC ilə idarə olunması” mövzusunda keçirilən təlimlərin sonunda tələbələrə sertifikat təqdim olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər