Bakı Dövlət Universitetinin (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşkilatçılığı və Türkiyədə fəaliyyət göstərən “Albayrak Holding”ə məxsus GZT media qrupunun iştirakı ilə “Rəqəmsal mediada niyə güclü olmalıyıq?” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov rəqəmsal medianın aktuallığı barədə danışıb, həmçinin GZT media qrupunun 44 günlük Vətən müharibəsi dövründə aktiv fəaliyyətini auditoriyanın nəzərinə çatdırıb.
Tədbirdə GZT media qrupunun nəşriyyat direktoru Doğukan Gezer, redaktorları Nazgül Kenzetay, Recep Tayyib Çelik və Kerim Asker rəqəmsal medianın əhəmiyyəti, idarə olunması, gündəlik həyat tərzinə təsiri, yaratdığı çətinliklər və onların aradan qaldırılması yolları, hədəf kütləsi kimi mövzularda təqdimatlarla çıxış ediblər.
Sonda məruzəçilər GZT qrupun tərkibi, fəaliyyət strategiyası haqqında auditoriyanı maraqlandıran sualları cavablandırıblar. Onlar Sibirdə və müxtəlif çətin şəraitli bölgələrdə olarkən hazırladıqları xəbərlər, üzləşdikləri çətinliklər, bunların sosial mediada necə nümayiş etdirildiyi barədə təcrübələrini bölüşüb, səyahət edərkən çəkdikləri videolardan, müxtəlif mədəniyyətlərin vloglar vasitəsilə cəmiyyətə tanıdılmasından danışıblar.
Tehsil-press.az