UNEC-də infosessiya: “Ağıllı sistemlər” və proqramlaşdırma

UNEC-də infosessiya: “Ağıllı sistemlər” və proqramlaşdırma Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsi və UNEC “Rəqəmsal könüllüləri” təşkilatı Türkiyənin “Robotzadə” şirkətlər qrupunun baş direktoru Ahmet Özaslanın tələbələrlə görüşünü təşkil edib.
Tədbirdə şirkət rəhbəri “Ağıllı sistemlər” və robotların həyatımızda önəmi” mövzusunda çıxış edib. O, tələbələrə “Ağıllı sistemlər”in hazırlanması və proqramlaşdırılması barədə məlumat verib. Həmçinin dünyanın nüfuzlu robototexnika yarışlarından danışıb. Ahmet Özaslan belə yarışlara qoşulmaq üçün Azərbaycan gənclərindən ibarət komanda yaratmaq istədiyini də diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər