Braziliyada topraq sürüşməsi: 33 nəfər öldü

Braziliyada topraq sürüşməsi: 33 nəfər öldü Braziliyanın şərqindəki Pernambuko əyalətində ötən bazar günündən bəri davam edən güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib.
Əyalət Mülki Müdafiə rəsmiləri Resife şəhərində torpaq sürüşməsi nəticəsində 20 vətəndaşın həyatını itirdiyini açıqlasa da, qubernatorluq təbii fəlakətdə ümumi itkilərin 33-ə yüksəldiyini bildirib.
Daşqınlara səbəb olan yağışlar nəticəsində ştatda ən azı min nəfərin evlərini tərk etmək məcburiyyətində qaldığı, 14 məktəbdən isə sığınacaq kimi istifadə edildiyi bildirilib.
Xilasetmə işlərində 3000-dən çox bələdiyyə işçisi iştirak edir.

Tehsil-press.az


Oxşar xəbərlər