İranın Zəncan Universitetinin alimi BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib

İranın Zəncan Universitetinin alimi BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib Bakı Dövlət Universitetinin (BDU) SABAH mərkəzinin təşkilatçılığı ilə İran İslam Respublikasının Zəncan Universitetinin dosenti Hoda Nassira tələbələrə “Ağıllı polimerlər: baza bilikləri və tətbiqləri” mövzusunda ustad dərsi keçib.
Ustad dərsində Hoda Nassira əvvəlcə müxtəlif suallarla tələbələrin polimerlər haqqında biliklərini öyrənib. Daha sonra polimerlər, onların növləri, fiziki-kimyəvi xassələri haqqında ümumi məlumat verib.
Məruzəçi polimerlərin müasir tiplərindən olan “ağıllı” polimerlər, dünyada onlara olan tələbat və ehtiyac meyarları, tətbiq sahələrindən geniş bəhs edib. Qeyd edib ki, müxtəlif xarici təsirlərə, xüsusən də temperatur, işıq, elektrik və maqnit sahələri, mühitin turşuluq göstəricisinə qarşı öz fiziki-kimyəvi xassələrini dəyişən “ağıllı” polimerlər hazırda sensor, toxuculuq məhsulları, bioparçalanan qablaşdırma istehsalında tətbiq imkanlarına malikdir.

Tehsil-press.az


Oxşar xəbərlər