Elmi seminar: Karbon nanoboruları və polimerlər əsasında keçirici kompozitlərin hazırlanması

Elmi seminar: Karbon nanoboruları və polimerlər əsasında keçirici kompozitlərin hazırlanması Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzində növbəti onlayn elmi seminar keçirilib.
Seminarda Fizika İnstitutunun böyük elmi işçisi Gülnaz Qəhrəmanova “Karbon nanoboruları (KNB) və polimerlər əsasında keçirici kompozitlərin hazırlanması” adlı məruzə ilə çıxış edib. Məruzədə KNB/polimer kompozitlərinin elektrik, möhkəmlik, optik xassələri haqqında danışılıb, onların tətbiq sahələrindən birinin keçirici kompozitlərin hazırlanması olduğu qeyd edilib. Eyni zamanda, KNB/polimer kompozit təbəqələrin nanoelektronika, sensor texnologiyası, aerokosmos və digər sahələrdə tətbiq imkanlarından bəhs edilib.
Seminar mövzu ətrafında müzakirə ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər