Əlavə memar təhsili alanlara diplomlar verilib

Əlavə memar təhsili alanlara diplomlar verilib Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 1 illik əlavə memar təhsili almış bir qrup rayon memarına bu gün diplomlar verilib.
Memarlıq ixtisası üzrə əlavə təhsil proqramını Gəncə, Gədəbəy, Goranboy, Kürdəmir, Ağcabədi, Şabran, Şuşa, Xocavənd, Füzuli, Qubadlı və digər rayonlardan 20 nəfər bitirib.
Xatırladaq ki, Təhsil Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktublarına əsasən Azərbaycanın inzibati rayonlarının mütəxəssisləri AzMİU-da bakalavr səviyyəsində memarlıq ixtisası üzrə 1 illik təhsil alırlar.

Tehsil-press.az


Oxşar xəbərlər